Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:04

«Facebook»un yaradıcısı evləndi


Mark Zuckerbergin «Facebook»da paylaşdığı foto

Mark Zuckerbergin «Facebook»da paylaşdığı foto

«Facebook» sosial şəbəkəsinin yaradıcı və rəhbəri Mark Zuckerberg evlənib.

Mayın 19-da milyarder Mark Zuckerberg uzun zamandı sevgili olduğu Priscilla Chanla sadə toy mərasimi keçirib.

Mark ailə qurmasıyla bağlı xəbəri və fotoları «Facebook» səhifəsində yerləşdirib.

CNN-in məlumatına görə, dəbdəbəsiz keçən toy mərasimi Zuckerbergin Californiya ştatında yerləşən Palo-Alto şəhərindəki malikanəsində keçirilib.

Toy mərasimində nə bahalı maşın korteci olub, nə də atəşfəşanlıq. Sadə qara kostyumda olan Zuckerbergin həyat yoldaşı da çox sadə gəlinlik libası geyinib.

Mərasimdən sonra hər iki gənc öz «Facebook» səhifələrində relationship statuslarını yeniləyərək «evli» olduqlarını bəyan ediblər.

Toyda 100-dən çox qonağın iştirak etdiyi deyilir.

«Facebook» sosial şəbəkəsi 2004-cü ildə Mark Zuckerberg və onun tələbə yoldaşları tərəfindən yaradılıb.

Dünyanın ən böyük sosial şəbəkəsi olan «Facebook»un səhmləri 100 milyard dollara çatıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG