Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:09

Çempionlar Liqasının final "drama"sı "Chelsea"nin qələbəsi ilə başa çatır


Finalın qəhrəmanı - Didier Drogba
Finalın qəhrəmanı - Didier Drogba
Münhenin "Allianz Arena" stadionunda Çempionlar Liqasının finalı oyununda əsl futbol draması yaşandı.

Almaniyanın "Bayern" (və ya "Bavariya") və İngiltərənin "Chelsea" klubları Avropanın ən yaxşı klubunu müəyyənləşdirirdilər. Chelseanın qələbəsi ilə başa çatan bu oyun Avropa klub futbol yarışmasının ən dramatik finallarından biri kimi tarixə düşür. Oyun gedişi zamanı hazırlanan reportajımızla aşağıda tanış olun.

OYUNDAN ƏVVƏL


Təsadüf Bayernə bu ilin finalında meydan sahibi kimi çıxış etmək şansı bəxş etmişdi. Final ancaq 1 oyundan ibarətdir, heç-heçə olsa, əlavə vaxt, sonra isə 11-metrlik cərimə zərbələri təyin olunacaqdı.

Chelsea`nin heyəti finalə 4 itki ilə oynayır. Cəzalı olduqlarından John Terry, Ramirez, Raul Meireles və Branislav Ivanovic meydana çıxmayıblar.

Bayerndə isə eyni səbəbdən 3 oyuncu yoxdur - David Alaba, Luiz Gustavo və Holger Badstuber.

BİRİNCİ HİSSƏ

Birinici hissə orta temptdə keçdi, Bayernin daha fəal idi, rəqibi pressinq etsə də, ingilislər təmkinli gedişlərlə üstünlüyün tam meydan sahiblərinin əlinə keçməsinə imkan vermirdi. 30-cu dəqiqədən sonra müxtəlif təhlükəli vəziyyətlərlə yadda qalan oyunda, Bayrenin hücumçusu Gomez azından 3 dəfə hesabı aça bilərdi. Bayernin heyətində Ribery və Robben də fəail idilər. Ən təhlükəli zərbə də məhz sonuncunun hesabında oldu, rəqibin cərimə meydançasında topu alıb, zərbə vurdu - top Piter Cechin əlindən qapı dirəyinə dəydi.

İKİNCİ HİSSƏ - DRAMA BAŞLAYIR

53-cü dəqiqədə, Robbennin zərbəsini müdafiəçi qaytardı. Onu təkrar zərbə ilə Chelsea`nin qapısından keçirən Ribbery isə oyundan kənar vəziyyətdə idi. Hakim qolu saymır.

İkinci hissə, təqribən birincinin ssenaririsi üzrə davam edir. Bayernin həmlələrinin qarşısını almağa nail olan Chelsea arabir rəqib qapısında gərginlik yaradır. Bayernin yarımmüdəfiəçiləri Robben və Ribbery cinahlardan rəqib meydançasına daxil olmaqla Chelsea`ni daimi gərginlikdə saxlayırlar. Lakin onların dinamik hücumları həddən artıq yeknəsəgdir.

GOL! BAYERN OYUNUN 83-cü DƏQİQƏSİNDƏ HESABI AÇIR. Sol cinahdan, təqribən 25 metrdən topu hava ilə Chelseanin qapısına tərəf qaldırılar. Hamı onun meydan çıxacağını gözləyir, o cümlədən Piter Cech. Lakin Thomas Muller qapı dirəyi yaxınlığında başı ilə onu haqlayır, top yerə dəyib qapıya yönəlir. Bayerm 1 - Chelsea 0

GOL! Bayern qapısında küncdən zərbə. Top qapı xəttindən bir qədər geriyə qaldırılır. Didie Drogba hündürə hoppanıb havada onu qarşılayhır və məharətlə qapıya yönəlidr. Zərbə başla vurulsa da, kifayət qədər güclü alındığından qapıçının reaksiyası belə Bayerni xilas edə bilmir - top qapıçının əlindən qapıya girir. Bayerm 1 - Chelsea 1

ƏLAVƏ VAXTDA QOL VURULMADI. BAYERN 11 METRƏNİ VURA BİLMƏDİ!


Əlavə vaxtın lap ilk dəqiqəqlərində Drogba Riberyni arxadan yıxır - cərimə meydançasında. Hakim 11 metrlik cərimə zərbəsi təyin edir. Robbinin zərbəsini Piter Cech tutaraq Chelsea`ni xilas edir. Çempionlar Liqasının ən dramarik finallarından biri davam edir.

Əlavə vaxtın 2-ci hissəsində idə Bayernin oyuncusu Olic 2 metrlik məsafədə olmağına baxmayaraq, hədəfdən yayınır (azarkeşlər belə vəziyyətə "urmamaq, vurmaqdan asandır" deyirlər).

112-ci dədiqədə isə Chelsea daha bir təhlükəni uzaqlaşdıra bilir, Gomez 5 metr məsafədən vursa da, onunla qapı arasında öz işini bacarıqla yerinə yetirən 2 rəqib müdafiəçi vardı.

Yorğunluq oyunçuları üstələyib, hətta sanki daimi mühərriki olan Robbin sürətini itirib. Əlavə vaxtın son dəqiqələrini tərəflər daha çox qol buraxmamaq haqda fikirləşir, nəinki qol vurmaq.

Final fitinin səsi və indi əsəb mübarizəsi olan 11 metrlik cərimə zərbələri

ƏSƏB MÜARİZƏSİ


Oyunun taleyini 11 metrlik cərimə zərbələri həlll edir.

Bayern`nin qapıçısı əvvəl Chelsea`nin birinci zərbəsini geri qaytarır. Sonra isə özü də rəqib qapısına 11 metrlik zərbənin dəqiq ifa edir.

Peter Cech də öz növəsində 4-cü zərbəni geri qaytarır. (Olic)

Bunun ardınca Schweinsteiger topu dirəyə vurur. VƏ NƏHAYƏT...

Didie Drogba bu futbol bayramına Chelsea`nin zəfər nöqtəsini qoyur.

Chelsea ilk dəfə Avropa Çempionlar Liqasının qalibir!

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG