Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:05

Sumqayıtda həbs olunan var


Mayın 19-da Sumqayıt şəhər Məhkəməsi ilahiyyatçı-alim Füzuli Şəfiyev barəsində 10 sutkalıq həbs qərarı verib.

Bu barədə F.Şəfiyevin əməkdaşlıq etdiyi birlik.az saytı məlumat yayıb.

Məlumatda deyilir ki, F.Şəfiyevin həbsinə cinsi azlıqlar barədə yazısı səbəb olub.

Sayt redaktorunun «Yeni Müsavat»a verdiyi məlumata görə, saxlanması haqda redaksiyaya F.Şəfiyevin özü xəbər verib. O, polislərin evində axtarış apardığını, kompyuterinin aparıldığını deyib.

Sumqayıt polisindən isə AzadlıqRadiosuna F.Şəfiyevin həbsindən xəbərsiz olduqlarını deyiblər.
XS
SM
MD
LG