Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:42

Ombudsman Aparatının nümayəndələri Arif Hacılı ilə görüşüblər


Arif Hacılı
Arif Hacılı
Mayın 19-da Ombudsman Aparatının nümayəndələri həbsxanada Müsavat başqanının müavini Arif Hacılı ilə görüşüblər.

Görüşdə Ombudsman Aparatının şöbə müdiri Vüqar Məhərrəmov və aparatın əməkdaşı Əsədulla Əliyev iştirak edib.

Bu barədə Arif Hacılının vəkili Nemət Kərimli məlumat verib.

Aparat nümayəndələri Arif Hacılının səhhəti və saxlanma şəraiti ilə maraqlanıblar.

Onlar cəzaçəkmə müəssisəsinə Ombudsman Elmira Süleymanovanın göstərişi ilə gəldiklərini deyiblər.

Arif Hacılı İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi aksiyada saxlanıb.

2 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Arif Hacılı həbsxanada aclıq aksiyası keçirir.
XS
SM
MD
LG