Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:37
Azərbaycanı «Eurovision 2012» mahnı müsabiqəsində təmsil edən Səbinə Babayeva “Bakı Kristal Zal”da ilk məşqini edib.APA-nın məlumatına görə, o səhnəyə xalq artisti Alim Qasımovla birgə çıxıb.

«When the Music Dies» mahnısını oxuyan Səbinənin çıxışına Alim Qasımovun muğam ifası xüsusi ovqat qatıb.

Bugünkü məşqdə Səbinə öz səhnə paltarını təqdim edən tək ifaçı olub.

Məlum olub ki, Səbinə Babayeva mayın 26-da səhnəyə ağ rəngli geyimdə çıxacaq.

Bugünkü məşqdə Səbinə Babayevanı Alim Qasımovla yanaşı, 3 vokalçı da müşayiət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG