Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:26

Türkiyənin Bəsrədəki konsulluğu qarşısında aksiya keçirilib


Türkiyənin İraqın Bəsrə şəhərindəki konsulluğu qarşısında etiraz aksiyası keçirilib.

Aksiyaçılar Türkiyəni İraqın daxili işlərinə qarışmaqda günahlandırırlar.

Onlar xüsusilə Türkiyənin İraqın vitse-prezidenti Rarik al Hashemini Bağdada verməmək istəməməsinə etiraz bildiriblər.

Aksiyada 200-dək adam iştirak edib.

İraq hakimiyyəti Hashemini bir neçə qətllərin təşkilində ittiham edir.

Hazırda Bağdadda Hasheminin iştirakı olmadan məhkəmə prosesi keçirilir.

Bu məsələ İraq hakimiyyətindəki sünni və şiə fraksiyaları arasında ciddi narazılığa səbəb olub.

Hashemi hakimiyyətdə şiələri təmsil edir.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu ilin aprelində İraq hökumətini şiə və sünnilər arasında qəsdən gərginlik yaratmaqda günahlandırıb.

İraqın baş naziri Nuri al Maliki isə buna cavab olaraq Türkiyəni regionda liderliyi ələ almaq istəməkdə günahlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG