Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:11

İran ona qarşı sanksiyaları götürməyə çağırır


İran nüvə proqramına görə ona qarşı tətbiq edilmiş beynəlxalq sanksiyaları ləğv etməyə çağırır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanparast bildirib ki, İranın nüvə proqramı ilə bağlı Bağdadda gözlənilən dasnışıqlar bu sanksiyaların ləğviylə yadda qalmalıdır.

Onun sözlərinə görə İranın tərəfdaşlarının onunla ciddi danışıqlar aparmaq istəməsini məhz bu göstərə bilər.

Mayın 23-da Bağdadda İran və 6 aparıcı dünya ölkəsinin nümayəndələri arasında növbəti görüş nəzərdə tutulub.

Beynəlxalq aləm İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.
Tehran ittihamı rədd eddir.

Günün bütün mövzuları

XS
SM
MD
LG