Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:14

Suriyanın Deir əz Zor şəhərində törədilmiş partlayışda azı 7 adam ölüb


Suriyanın Deir əz Zor şəhərində törədilmiş partlayışda azı 7 nəfər ölüb, 100-ə yaxın adam isə yaralanıb.

Şahidlərin sözlərinə görə, partlayış hərbi kəşfiyyat idarəsinin binasında baş verib.

Bundan sonra isə həmin rayondan atışma səsləri eşidilib.

Hələb şəhərində isə hakim Bəəs partiyasının ofisi qumbaraatandan atəşə tutulub.
İtki və ya xəsarət alanlar barədə məlumat verilmir.

Bundan başqa İdlib əyalətində hökumət qoşunları ilə müxalifətin tərəfinə keçmiş hərbçilər arasında toqquşmalar olduğu xəbər verilir.

Aprelin 12-də ölkədə atəşkəs rejimi elan edilsə də vəziyyət gərgin olaraq qalır.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG