Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:16

Qonaqlar qarşısında ailə münaqişəsi, 141 milyonunu ala bilməyən şirkət...


Mətbuat icmalı

Mətbuat icmalı

«Azərbaycan» qəzeti yazır ki, «Azərbaycan iqtidarı mətbuatın inkişafını demokratikləşmənin vacib amili sayır».

Qəzet yazır ki, bəzi antiazərbaycançı qüvvələr Azərbaycanın uğurlarına kölgə salır, ölkədə olan mətbuat və söz azadlığına qara yaxırlar:

«Həmin dairələr və onların sifarişini yerinə yetirən, habelə bu çirkin kampaniyaya qoşulan dağıdıcı müxalifətin nəzarətində olan KİV-lər guya Azərbaycanda söz və mətbuat azadlığının pozulduğu barədə hay-həşir salsalar da, ortaya bu iddianı sübut edə biləcək bircə fakt belə qoya bilmirlər…».

«CRYSTAL HALL»IN TİKİNTİSİNDƏ İŞTİRAK EDƏN ŞİRKƏT 141 MİLYONUNU ALA BİLMİR

«Azadlıq» qəzeti ««Eurovision» zalının tikintisində pul qalmaqalı»ndan yazır. Qəzetə görə, «Bakı Kristal Zalı»n inşasında iştirak edən türk şirkəti «ISIMER» ona çatacaq 141 milyon dolları ala bilmir. Şirkət nümayəndəsi bildirib ki, pulları verilməyəcəyi halda 150 fəhləsi olan şirkət Türkiyənin Bakıdakı səfirliyi qarşısında aksiya keçirəcək. Şirkət rəhbəri istəyir ki, sifarişçi qurum olan Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbəri üzləşdikləri məsələnin həllində onlara yardımçı olsun.

MƏHBUSLAR KARSERƏ SALINIB?

«Bizim yol» qəzeti yazır ki, «Aclıq edən vicdan məhbusları karserə salınıb». Qəzetə görə, Penitensiar Xidmət bu xəbəri təkzib etsə də, məhbusların yaxınları təsdiqləyir.

TOPLAŞMAQ AZADLIĞI MƏHDUDLAŞDIRILA BİLƏR

«Müxalifətin davranışları, bir növ evə gəlmiş qonaqlar qarşısında ailə münaqişəsi yaratmağa bənzəyir». «Ayna» qəzetinin yazdığına görə, bu fikirləri Prezident Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov «Trend»ə deyib. Fuad Ələsgərov müsahibəsində sərbəst toplaşma azadlığının məhdudlaşdırıla biləcəyindən də danışıb:

«Toplaşma azadlığı da digər hüquqlar kimi Azərbaycanda təmin olunur. Lakin eyni zamanda vurğulamaq istəyirəm ki, toplaşmaq azadlığı mütləq deyil və onun üzərində müəyyən məhdudiyyətlər qoyula bilər…».

ŞİMALDAN AZƏRBAYCANA DİVERSİYA QRUPLARININ DAXİL OLMASI EHTİMALI

«Yeni Müsavat» qəzeti «Antiterror əməliyyatlarında Rusiya izi»ndən yazır. Qəzetə görə, «Şimaldan ölkəmizə diversiya qruplarının daxil olması ehtimalı var. MTN əməliyyatları davam etdirir…».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG