Keçid linkləri

Təcili xəbərlər

Diktator: "Mən azad mətbuat və ədalətli seçkilər tərəfdarıyam"


Sacha Baron Cohen "The Dictator" filiminin Fransa TV-də təqdimatı zamanı. Cannes, 16 may 2012
Sacha Baron Cohen "The Dictator" filiminin Fransa TV-də təqdimatı zamanı. Cannes, 16 may 2012

“Mən mətbuat azadlığı və ədalətli seçkilərin tərəfdarıyam“. Normal məntiqi əks etdirən bu sözlər ölkəni dəmir əllə idarə edən diktatorun dilində səslənəndə, adamın dodaqları istehza təbəssümü ilə qaçır.

Diktator “...mən hətta qadınların səsvermə hüququnu tanıyıram” deyə davam edib və dərhal da pıqqıltı ilə öz sözlərinə güləndə, sənin də ona qoşulub uğunmaqdan başqa çarən qalmır.



COHEN SATİRASININ SİRRİ

Britaniyalı komediya ustası Sacha Baron Cohenin məşhurluğunun sirri də məhz bundadır: beləcə, normal məntiqə xüsusi kontekst verib tamaşaçını güldürməkdə.


Coheni tanımayanlara təklif edirəm belə bir situasiyanı təsəvvür etsinlər: Yeni Azərbaycan Partiyası hökumətə müraciət edir ki, Panamada qeydiyyatdan keçib, Azərbaycanda fəaliyyət göstərən şirkətlərin sahiblərinin adlarını açıqlasın...


Təsəvvür etdiz? Elə isə bu günlərdə ekranlara çıxan “The Dictator” filmi və onun əsas rolunun ifaçısı Sacha Baron Cohen haqda söhbəti davam etdirmək mənə xeyli asan olacaq.


"THE DİCTATOR"UN QISA MƏZMUNU

Cohen bu dəfə Wadya adlı ölkənin qəddar diktatoru Aladden rolunu oynayır. Səhranın ortasında nəhəng sarayda yaşayan Aladdenə dünyhanın ən məşhur film ulduzları ilə yatağa girmək problem deyil. Puluna minnət. Məsələn, Megan Fox.(Filmin bu epizodunda Megan Fox rolunda elə məşhur Hollivud ulduzunun özü oynayır). Diktatora hamı “Ali Rəhbər” deyə müraciət edir. Aladden nüvə silahı əldə etməyə çalışır, lakin yeganə mütəxəəsisi olan Nadala qəzəblənib onu öldürmək hökmü verir. Çünki Nadalın hazırladığı raketin ucu şiş deyil, yumrudur. Nadalın yerini tutan “alim” ucu şiş raket hazırlasa da, Aladden başa düşür ki, qarşısındakı silah deyil, miskin bir oyuncadır. İndi Aladden məcburdur beynəlxalq ictimaiyhyətin tələbi ilə Nyu Yorka gedib BMT-nin iclasında çıxış etsin. Amerikada təhlükəsizlik adı ilə Aladdeni oxşarı ilə əvəz edir, özünü isə oğurlayıb saqqalını qırxırlar. Kimsəsiz, pulsuz-parasız Nyu Yorkun küçələrinə atılan Aladden yenidən hakimiyyətə qayıtmağa can atır və filmin sonunda buna nail olur.


SƏNƏDLİ VƏ BƏDİİ FİLMİN SİMBİOZU

"The Dictator" filminin trailaeri

"The Dictator" filminin traileri

“The Dictator” filmi tənqidçilər tərəfindən xüsusi heyranlıqla qarşılanmayıb. Gülməli epizodalrın mövcudıuğunu inkar etməsələr də, tənqidçilər filmin ümumilikdə zəif alındığını yazırlar.


Nədir belə tənqidçi ciddiliyinin səbəbi?


İndiyə qədər Cohen tamaşaçılar qarşısında 3 obrazla çıxış etmişdi - hip-hop gənci Ali-G, Qazaxstanlı jurnaslit Borat Sagdiyev və Avstriyalı homoseksual Bruno.

Hər 3 film sənədli filmlə, bədii filmin simbiozu kimi hazırlanmışdı. Bu filmlərin epizodları çəkilərkən, onun iştirakçılarının böyük qismi aktyorlar deyil, dünyanın müxtəlif ölkələrinin adi vətəndaşları, siyasi xadimləri və nəhayət məşhur film ulduzları idi. Onların həyati situasiyalardakı hərəkətləri lentə alınır, nəticədə real məzmina malik satira tamaşaçıların rəğbətini qazanırdı.


HƏYATINI TƏHLÜKƏYƏ QOYAN AKTYOR

Şəxsən mənim Cohenin yaradıcılığına olan hörmətimin əsasında belə bir fakt dururdu ki, bu epizodları çəkmək üçün bəzən aktyor öz həyatını təhlükəyə atmaqdan belə çəkinmirdi. Yerusəlimdə və ya ABŞ-ın konservativ əyalət şəhərində Cohen canını

Sacha Baron Cohen diqqət mərkəzində. Cannes, 16 may 2012
Sacha Baron Cohen diqqət mərkəzində. Cannes, 16 may 2012

qəzəbli kütlənin qisasından güclə qurtarır, bu səhnələrə baxanda başa düşürsən ki, onların heç biri qurama deyil, bu epizodalrın “2-ci dublu” olmayıb.


“The Dictator” isə tamamilə bədii film formatında çəkilib. “Stop. Motor. Səhnə 25 dubl 18”... Qərb tənqidçilərini başa düşmək çətin deyil. Onlar filmə tammetrajlı komediya janrının növbəti nümunəsi kimi yanaşır, süjet dolğunluğu, dinamika və orijinallıq axtarırlar.

MOŞU GÖYƏZƏNLİ YUMORU?

Həqiqətən də “The Dictator”un “Moşu Göyəzənli” təəssüratının yaradıb-yaratmamasında Cohenə məxsus kontekst hissiyatının böyük rolu var. Başqa sözlə, Qərb ölkəsində böyümüş tamaşaçı ilə Putin və ya Səddam Hüseyn rejimini öz dərisində hiss etmiş adamlarda Aladdenin doğurduğu assosiyasalar eyni ola bilməz.


Təsadüfi deyil ki, artıq filmin Tajikistanda nümayişinə qadağa haqda xəbərlər yayılıb. Özbəkistan və Türkmənistan da eyni səpgili məlumat yəqin ki, heç kimi təəccüblənidməz. Bəri başdan deyə bilərəm ki, filmin Qazaxstan yasağına şübhə

ABŞ Sacha Baron Cohen, Diktatorun mətbuat konfransında Nyu York, 7 May 2012
ABŞ Sacha Baron Cohen, Diktatorun mətbuat konfransında Nyu York, 7 May 2012

etməyə dəyməz. Qazaxlar Borata görə Sacha Baron Coheni heç vaxt bağışlamayacaqlar və hələ uzun illər onun hansısa filminə baxmaq milli xəyhanətə bərabər olacaq.


HAMİNİN QƏZƏBİNƏ VƏ ZÖVQÜNƏ YER VERƏN FİLM

Filmə ərəblərin və yəhudilərin, neft şirkətlərinin və feministlərin, rəsmi Çinin və sabiq Amerika administrasiyasının eyni dərəcədə qəzəblənmək haqqı var.


Aladdenin BMT-dəki çıxışının mətnini olduğu kimi yəqin ki, Tehhranda və Pekində böyük məmnuniyyətlə dərc edərdilər. Qərb ölkələrindəki islamafobiyanı, media konqlomertalarını, insan haqlarına münasibətdə ikili standartlara toxunan bu çıxışın Bakıdakı rəsmilərin ritorikası ilə də oxşarlığı var.


Əlqərəz, “The Dictator” bütün zövqləri oxşayır. Azərbaycandakı inkişafı görürsən, görmürsən - fərq etməz - baxmağa tələs məsləhətdi.


P.S. Lap yadından çıxmışdı. Film “Kim Che İr`in əziz xatirəsinə həsr olunur” yazısı ilə başlayır.

XS
SM
MD
LG