Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:32

Belorusda insan haqları fəalı Dövlət Departamentinin insan haqları mükafatına layiq görülüb


Belorusda həbsdə olan insan haqları fəalı Ales Byalyatski ABŞ Dövlət Departamentinin insan haqları üzrə illik mükafatına layiq görülüb. Bu mükafat hər il repressiv rejim qarşısında insan haqlarının və demokratiyanın müdafiəsi üçün əzmlə çalışan insanlara və ya qeyri-hökumət təşkilatlarına verilir.

Byalyatski Vyasna adlı qeyri-hökumət təşkilatının rəhbəridir. O, prezident Alyaksandr Lukashenkanın repressiv addımlarını monitorinq edirdi. 2011-ci ilin sonlarında vergi cinayətlərində ittiham edilərək 4 il yarım müddətinə azadlıqdan məhrum edilib.
Avropa Birliyi və ABŞ ona qarşı ittihamları siyasi motivli sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG