Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:19

Merkel yunanları avrozonada qalıb-qalmamaq referendumuna çağırır


Yunanıstan hökumətinin məlumatına görə Almaniya Kansleri Angela Merkel yunanlar arasında avrozonada qalıb-qalmamaqla bağlı referendum keçirilməsini təklif edir. Baş nazirin ofisindən yayılan məlumatda deyilir ki, kansler referendumun gələn aya nəzərdə tutulan yeni parlament seçkisi ilə birgə keçirilə biləcəyini deyib.

Hökumət Merkelin təklifini mayın 18-də Yunanıstan prezidenti ilə telefon danışığında səsləndirdiyini bildirir.

İqtisadi böhran içərisində olan Yunanıstanda yeni hökuməti formalaşdırmaq mümkün olmadığından iyunun 17-ə yeni parlament seçkisi təyin edilib. Müşahidəçilər ehtimal edirlər ki, bu seçki nəticəsində Yunanıstanda Avropa Birliyinin tələb etdiyi qənaət planının əleyhinə olan hökumət formalaşa bilər.

Afinada iqtisadçılar Yunanıstanın müflisləşmədən qurtarması üçün Avropadan milyardlarla avro yardım istəyirlər. Avropa Birliyi isə bunun üçün ciddi qənaət planının icrasını tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG