Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:21

İsrailin Baş naziri deyir ki, İran beynəlxalq ictimaiyyəti aldadıb vaxt udmağa çalışır



İsrailin Baş naziri Tehranı beynəlxalq güclərlə danışıqlarda aldadıcı vədlərlə vaxt udmağa çalışmaqda ittiham edib. Mayın 18-də Çexiyada səfərdə olan Baş nazir Benjamin Netanyahu deyib ki, İran beynəlxalq ictimaiyyətlə şahmat oynayır.

Mayın 23-də BMT Təhülksəzilik Şurasının daimi üzvləri olan ABŞ, Britaniya, Fransa, Rusiya və Çin, eləcə də Almaniya təmsilçiləri ilə İran nümayəndələri arasında Bağdadda müzakirələr planlaşdırılır.

Qərb İranın nüvə silahı düzəltmək cəhdində ittiham edərək onun nüvə proqramının icrasının dayandırmağa çalışır. İran isə bu proqramının silah yaradılmasına xidmət etməsi haqda deyilənləri inkar edir.

Özünü İranın mümkün nüvə silahının əsas hədəfi hesab edən İsrail İrana qarşı hərbi əməliyyat planının hazır olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG