Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:37

ABŞ Pakistanın Haqqani qrupuna qarşı sanksiyalar tətbiq edib


ABŞ-ın Maliyyə Nazirliyi Pakistanın Haqqani qrupuna qarşı Talibana maliyyə dəstəyi vermək ittihamı ilə sanksiyalar tətbiq edib. Nazirlik bildirir ki, Əfqanıstanda və Pakistanda terrorizmə dəstək verən hər bir qrupun beynəlxalq maliyyə sistemindən çıxarılması üçün bütün addımları atacaq.

İndi Bakht Gul və Abdul Baqi Bariyə məxsus olan və ABŞ-da yerləşən bütün var-dövlət dondurulur. ABŞ vətəndaşlarına da onlarla iş görmək qadağan edilir.

ABŞ-ın Maliyyə Nazirliyi Bakht Gulü Haqqani şəbəkəsinin ən əsas kommunikasiya təmsilçisi adlandırır. Onun Haqqani şəbəkəsinin rəhbəri Budruddin Haqqani ilə birbaşa ünsiyyətdə olduğu deyilir.

Abdul Gul Bari isə Talibanın pul yuyanı və maliyyə meneceri hesab edilir. Onun Talibanda tərəfindən verilən pulların təhlükəsizliyinin Pakistan banklarında təmin edildiyi haqqında xəbərlər var. Barinin Əfqanıstandakı Al-Qaeda qrupuna da maliyyə verdiyi deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG