Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:16

Eurovision yarışına görə Bakıda 30 məktəbdə tətil elan edildi


"Eurovision-2012" müsabiqəsi ilə əlaqədar mayın 21-dən Bakının 30 məktəbində tətil elan olunur.

Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı Lent.az saytına bildirir ki, məktəblilərin təhlükəsizliyi, həmçinin Bakının mərkəzi hissələrində yarana biləcək sıxlıq səbəbindən Təhsil naziri belə qərar verib.

Bakının Səbail, Nəsimi və Yasamal rayonunun orta təhsil müəssisələrində dərslər mayın 29-da başlayacaq. Mayın 31-də isə ənənəvi “son zəng” tədbirləri keçiriləcək.
XS
SM
MD
LG