Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:12

Obama şənbə günü Əfqanıstan prezidenti ilə görüşür



Ağ Evdən verilən məlumata görə ABŞ prezidenti Barack Obama şənbə günü Çikaqoda Əfqanısan prezidenti Hamid Karzai ilə görüşəcək. Görüş Çikaqoda NATO ölkələrinin sammitindən əvvəl keçiriləcək.

Prezidentin milli təhlükəsizlik üzrə müşaviri Tom Donilon deyir ki, prezidentlər Əfqanıstanda təhlükəsizliyə nəzarətin gələn ildən başlayaraq yerli qüvvələr verilməsinə dair geniş müzakirələrə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Bu ayın əvvəlində gözlənilmədən Kabula gedən Barack Obama həmkarı Hamid Karzai ilə razılaşma imzalayıb. Həmin sənəddə 2014-cü ildə NATO-nun Əfqanıstandakı fəal döyüş əməliyyatı başa çatandan sonrakı 10 il ərzində bu ölkəyə yardımların davam etdirilməsini nəzərdə tutur.

Sənədə görə ABŞ əsgərləri 10 il ərzində Əfqanıstanda yerli hərbçilərə təlim keçəcək və Taliban yaraqlılarının qalıqları ilə mübarizə aparacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG