Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:44

Rhode Island Qarabağı dövlət kimi tanımağa çağırır



ABŞ-ın şimal-şərqində Rhode İsland ştatının deputatları prezident Barack Obamanı Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımağa çağıran qətnamə qəbul edib. Qətnamə mayın 17-də qəbul edilib.

Bu separatçı regionun ABŞ-dakı təmsilçisi Robert Avetisyan ümid edir ki, bu qətnamə ABŞ-ın başqa ştatlarında da qəbul ediləcək.

Erməni silahlı qüvvələri 1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ regionu və ətrafındakı altı rayonu işğal edib. Onlar müstəqil dövlət yaratdıqlarını elkan ediblər. Amma bundan əvvəl Qarabağlın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul ediblər.

Bakı heç vaxt öz ərazisində ikinci erməni dövləti qurulmasına imkan verməyəcəyini bəyan edib.
XS
SM
MD
LG