Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:26
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Şərqi Avropa və MDB məkanında 2012-ci ildə iqtisadi inkişaf proqnozunu 3,7 faizə endirib.
Keçən il iqtisadi artım bu regionda 4,6 faiz olmuşdu.

Bankın proqnozunu azaltmasına səbəb avrozonadakı böhrandır.

Bank qeyd edir ki, bu böhran ticarət vasitəsilə o biri regionlara da təsir edir.

AZƏRBAYCAN

AYİB bu ilə Azərbaycanda 3,5 faiz iqtisadi artım proqnozlaşdırır. Bu da region üzrə orta proqnozdan 0,2 faiz aşağıdır.

Hesabatda Azərbaycan barədə deyilir ki, 2008-ci ilin maliyyə böhranı ilə uğurlu mübarizədən sonra Azərbaycan iqtisadiyyatının artımı zəifləyib.
Buna səbəb Azərbaycanda neft hasilatının azalmasıdır.

Qeyri-neft sektorunda artım neft hasilatının azalmasını yalnız qismən örtə bilib.

Qeyri-neft sektorunda artımın özü isə daha çox büdcə xərclərinin hesabına stimullaşdırılıb.

Azərbaycanda iqtisadiyyatın diversifikasiyası, yəni çoxşaxəliliyi vacib məqsəd olaraq qalır.

Çünki neftdən belə yüksək asılılıq risklə bağlıdır, bu risk böhran dövründə, neft qiyməti düşəndə özünü aydın göstərir.

O BİRİ ÖLKƏLƏR

AYİB-in hesabatına görə, 2011-ci ildə regionda ən yüksək iqtisadi artım Monqolustanda olub – 17 faiz.
Monqolustan bu artıma mədən sənayesi məhsullarının dünya bazarında kəskin bahalanması sayəsində nail olub.

Cənubi Qafqaz ölkələrinə gəldikdə, AYİB Ermənistanda bu il 4 faiz, Gürcüstanda 5,5 faiz artım gözləyir.
Hər iki proqnoz Azərbaycandan yuxarıdır.
XS
SM
MD
LG