Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:22

İctimai Palata 9 nəfərlə aclıq aksiyasını davam etdirir


İctimai Palatanın aclıq aksiyası

İctimai Palatanın aclıq aksiyası

İctimai Palatanın 9 üzvü aclıq aksiyasını davam etdirir. Onlardan 4-ü qadın, 5-i kişidir.

Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib ki, mayın 18-də aksiyaya 2 nəfər - Əli HəsənovBəxtiyar Tarıyev də qoşulub. Bu gün səhhətlərində yaranan problemə görə Dünyaxanım CarullayevaLətafət Məlikova aksiyanı dayandırıblar.

Gülağa Aslanlı deyir ki, keçirilən aksiyanı bir neçə xarici media da işıqlandırıb:

«Dünən Filandiya, Fransa, İngiltərədən olan jurnalistlər, bu günsə İngiltərə, Hollandiyadan gələnlər olacaq. Amma nə Azərbaycanın İctimai televiziyasından, nə də Ombudsman Aparatından gələn var».

Gülağa Aslanlı deyir ki, 3 gündür davam edən aksiyaya rəsmi reaksiya yoxdur.

İctimai Palatanın bir qrup üzvü mayın 15-dən Müsavat Partiyasının qərargahında aclıq aksiyası keçirir. Əsas tələbləri İctimai Palatanın 2 aprel 2011-ci il aksiyası zamanı həbs olunan, o cümlədən beynəlxalq hüquq təşkilatlarının «vicdan məhbusu» kimi tanıdığı digər şəxslərin azad olunmasıdır. Məqsəd həm də «Eurovision 2012» ərəfəsində Azərbaycanda olan xarici jurnalistlərin və beynəlxalq təşkilatların diqqətini Azərbaycanda «vicdan məhbus»ları probleminə yönəltməkdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG