Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:14

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daha üç yeni rəis müavini təyin edilib


Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daha üç yeni rəis müavini təyin edilib.

Hüquq-mühafizə orqanlarından Trend-ə bildiriblər ki, Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin sədri, general-mayor Novruzəli Orucov tutduğu vəzifədən azad edilərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis müavini təyin olunub.

Daha sonra respublika hərbi komissarının sabiq müavini Ramiz Məmmədov və Dövlət Sərhəd Xidməti Akademiyasının zabiti Zaur Abdullayev xidmətin rəis müavini təyin ediliblər.

Xidmətdən məlumatı təsdiqləyiblər.

Bir müddət öncə xidmətə iki rəis müavini təyin edilmişdi. Onlar MTN-nin Suraxanı rayon şöbəsinin rəisi Vahid Zeynalov və Dövlət Miqrasiya Xidmətinin rəis müavini Elman Əliyevdir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Prezidentin 13 fevral 2012-ci il tarixli sərəncamı ilə yaradılıb və 2007-2012-ci illərdə Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində çalışmış Arzu Rəhimov bu xidmətə rəhbər təyin olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG