Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:59

«Univision» mahnı müsabiqəsi sona çatıb


Arxiv foto
Arxiv foto
«Univision» mahnı müsabiqəsi bir daha sübut etdi ki, Azərbaycanda sözün əsl mənasında çox istedadlı və bacarıqlı gənclər var».

Bu sözləri Gənclər və İdman naziri Azad Rəhimov Azərbaycanda ilk dəfə tələbələr arasında «Birinci ol» devizi altında keçirilən» «Univision» mahnı yarışmasının finalında səsləndirib.

APA-nın məlumatına görə, mayın 17-də müsabiqənin finalı keçirilib.

Yarışın mayın 15-də keçirilən yarımfinal mərhələsində 13 universitet finala vəsiqə qazanmışdı.

Hər bir iştirakçının ifasından öncə onun yarımfinalda çıxışını əks etdirən bir neçə saniyəlik çarx nümayiş olunub. Daha sonra öz universitetinə səs verməmək şərti ilə ilk gündən yarışmaya qatılmış 21 universitet digər universitetlərə səs verməyə başlayıb.

Səsvermə nəticəsində 197 xal toplayan Bakı Musiqi Akademiyası yarışın qalibi elan edilib.

Yarışın qalibinə «Univision» layihəsinin xüsusi kuboku və 3000 AZN təqdim edilib.

Bununla yanaşı, qalib şəxs (ifaçı və ya qrup) ATGTİ-nin fəaliyyətinə cəlb ediləcək və təşkilatın müəyyən layihələrinin siması olacaq.

Tədbirdə gəncləri təbrik edən Gənclər və İdman naziri Azad Rəhimov layihənin çox möhtəşəm olduğunu qeyd edib: «Bu həqiqətən çox möhtəşəm bir yarış oldu. «Univision» mahnı müsabiqəsi bir daha sübut etdi ki, Azərbaycanda sözün əsl mənasında çox istedadlı və bacarıqlı gənclər var. Əminəm ki, bu gün çıxış edən gənclərin hər biri gələcəkdə «Eurovsion» mahnı müsabiqəsində Azərbaycanı layiqincə təmsil edə bilər».

Növbəti illərdə yarışmanın MDB məkanına çıxarılması nəzərdə tutulub.

Bununla yanaşı, Avropa Universitetlərinin də «Univision» tələbə mahnı müsabiqəsinə qoşulması istiqamətində müəyyən işlər aparılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG