Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:46
ATƏT Parlament Assambleyasının (PA) 2014-cü il illik yay sessiyası Bakıda keçiriləcək.

APA-nın xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

Bahar Muradova bildirib ki, Azərbaycan tərəfi 2014-cü ildə qurumun yaz sessiyasının Bakıda keçirilməsi üçün müraciət edib:

«Amma ATƏT Parlament Assambleyasının baş katibliyi bu müraciətə daha diqqətlə yanaşaraq 2014-cü il illik yay sessiyasının Bakıda keçirilməsi barədə Azərbaycan nümayəndə heyəti ilə söhbət apardı. Bu gün Azərbaycan parlamentinin razılıq məktubu baş katibə göndəriləcək. Məktub artıq hazırdır. İllik sessiyanın Bakıda keçirilməsi Azərbaycan - ATƏT münasibətləri, eləcədə də Azərbaycanın dünyada tutduğu yer baxımından mühüm hadisə olacaq. Bu gündən sessiyaya hazırlığa başlanacaq».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG