Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:49

Aleksey Navalnı və Sergey Udaltsov vicdan məhbusu elan edilib


Mayın 17-də Amnesty İnternational Rusiya müxalif liderləri Aleksey Navalnı və Sergey Udaltsovu vicdan məhbusu elan edib.

Amnetsynin Rusiyadakı ofisinin rəhbəri Sergey Nikitin deyib ki, Navalnı və Udaltsov “özlərinin nümayiş, kütləvi mitinqə çıxmaq hüquqlarından qeyri-zorakı, dinc yollarla istifadə ediblər, amma onlar saxlanılıb, bunun ardınca dəmir barmaqlıqlar arxasına salınıblar”.

Navalnı və Udaltsov mayın 6-da Moskvada mitinq zamanı saxlanıblar və onlardan cərimə ödəmək tələb edilib. Müxalif fəallar daha sonra hüquq-mühafizə orqanlarına tabe olmamaqda günahlandırılaraq əlavə bir neçə gün də polisdə saxlanılıb və 15 günlük həbs cəzası alıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG