Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:01

Zaqatalada qəzalı evlərin sökülməsinə başlanıb


Fövqəladə Hallar Nazirliyinin Zaqatala şəhərində yaradılmış operativ qərargahından AzərTAc-a bildiriblər ki, ilkin olaraq işçi qrupları tərəfindən tam qəzalı vəziyyətə düşdüyü müəyyən edilən evlərin sökülməsinə başlanıb.

Söküntü işləri podratçı tikinti təşkilatları tərəfindən həyata keçirilir. Artıq zəlzələ bölgəsində 8 tikinti təşkilatının bazaları fəaliyyət göstərir.

Belə bazalardan biri də «Gilan-İnşaat» MMC tərəfindən Gözbarax kəndində yaradılıb.

Bazanın nümayəndəsi Elxan Məmmədov bildirib ki, hazırda bazaya Bakı şəhərindən lazımi tikinti materialları - sement, mişar daşı, taxta və sair daşınır. Mühəndis və fəhlələrin qalması üçün bazada yardımçı tikililər də inşa olunur. Göstəriş verilən kimi evlərin tikintisinə başlanılacaq.
XS
SM
MD
LG