Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:54

ABŞ İsrailə əlavə 70 milyon verir


Pentagonun məlumatına görə, ABŞ İsrailə raketdən müdafiə sistemi üçün bu il əlavə olaraq 70 milyon dollar verəcək.

Müdafiə katibi Leon Panetta mayın 17-də deyib ki, prezident Barack Obama ona göstəriş verib ki, İsrailin bu xahişini yerinə yetirsin.

O həmçinin qeyd edib ki, ola bilsin ki, növbəti 3 il ərzində də əlavə kömək edilə bilər, amma ABŞ rəsmisi hər hansı rəqəm açıqlamayıb.

İsraildən olan həmkarı Ehud Barakla görüşdən sonrakı bəyanatında Panetta deyib:

“Mənim məqsədim İsrailin raket əleyhinə batareya istehsal edərək öz vətəndaşlarını müdafiə etməsi üçün ehtiyacı olan maliyyə ilə təmin etməkdir”.

Vaşinqton bundan əvvəl İsrailə müdafiə məqsədi üçün 205 milyon dollar vəsait vermişdi.
XS
SM
MD
LG