Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:07

Moskvada müxalifət düşərgəsinin ətrafına böyük sayda polis cəmləşib


Moskvanın Kudrinsk meydanında prezident Vladimir Putinə etiraz olaraq salınmış müxalifət düşərkəsinin ətrafına böyük sayda polis qüvvələri cəmləşib.

AzadlıqRadiosunun müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, metronun
“Barrikadnaya” stansiyasının ətrafına 20-ə yaxın polis avtobusu və 100-dən çox polis gətirilib.

Moskva məhkəməsi cümə axşamı “Həmrəylik” hərəkatının üzvü İlya Yaşinə 10 günlük həbs cəzası kəsib.

O ötən gecə “Kudrinsk” meydanında müxalifətin təşkil etdiyi gəzindi zamanı digər müxalifətçilərlə birlikdə saxlanmışdı.
XS
SM
MD
LG