Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:15
2 aprel məhbusu, Müsavat başqanının müavini Arif Hacılı prezident İlham Əliyevə məktub yazıb.

Məktubda deyilir ki, o, «Eurovision» mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin qələbəsini, bu populyar yarışmanın Bakıda keçirilməsini Azərbaycan dövləti və milləti üçün mühüm hadisə sayır:

«Məncə, biz bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi indiki məqamdan xalqımızın və dövlətimizin nüfuzunun artması üçün bir fürsət kimi istifadə etməyə borcluyuq. Bu fürsətin necə əldən verildiyini həbsxana divarları arxasından kədərlə izləyirəm».

Arif Hacılının fikrincə, məhz bu günlərdə cəmiyyətin vətəndaş sülhünə, qarşılıqlı anlaşmaya ehtiyacı başqa dövrlərdə olduğundan daha çoxdur:

«Belə həssas məqamda ölkəmizin beynəlxalq nüfuzuna zərbə vuran məsələlər arasında bizim də adımızın hallanması məni çox narahat edir».

Arif Hacılı bildirir ki, 2011-ci il 12 mart və 2 aprel dinc mitinqlərinin əsas təşkilatçısı olub:

«Odur ki, milli mənafelərimiz naminə mən istisna olmaqla, siyasi məhbus hesab olunan şəxslərin, o cümlədən 2 aprel məhbuslarının azadlığa buraxılması üçün addımlar atmağınızı Sizdən xahiş edirəm».

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu AzadlıqRadiosuna Arif Hacılının məktubunun artıq Prezident Administrasiyasına təqdim edildiyini deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG