Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:17

Azərbaycanlı deputatlar Ermənistana gedir


Foto arxiv
Foto arxiv
Milli Məclisin üç üzvü Ermənistana gedəcək.

APA-nın məlumatına görə, səfərdə məqsəd Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
Parlament Assambleyasının Yerevanda keçiriləcək 39-cu iclasına qatılmaqdır.

QDİƏT Parlament Assambleyasının vitse-prezidenti Asəf Hacıyevın başçılıq etdiyi nümayəndə heyətinə deputatlar Musa Quliyev və Jalə Əliyeva daxildir.

Səfər mayın 21-dən 24-dək davam edəcək.

Məlumatı MM-in mətbuat xidməti APA-ya təsdiqləyib.

İclasda Parlament Assambleyasına sədrlik Ermənistandan Azərbaycana keçəcək.

QDİƏT Parlament Assambleyasının 40-cı iclası isə bu ilin payızında Bakıda keçiriləcək.
1992-ci il iyunun 25-də yaradılnış təşkilata

Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya,
Rumıniya, Serbiya, Türkiyə və Ukrayna daxildir.

Misir , Almaniya , İsrail, Polşa , Slovakiya , Tunis, İtaliya, Avstriya və Fransa isə təşkilatda müşahidəçi kimi iştirak edirlər.
XS
SM
MD
LG