Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:20

Yeni tamaşa olacaq, ünvan: «www.ferzeli-kef. com»


Arxiv foto
Arxiv foto
Azərbaycan Dövlət Musiqili Komediya Teatrı növbəti təmirə baxmayaraq yeni tamaşalar göstərməkdə davam edir.

Xəbəri AzadlıqRadiosuna teatrın mətbuat xidməti verib.

Xəbərdə deyilir ki, yaradıcı kollektiv hazırda Dənizçilərin Mədəniyyət Evində fəaliyyətini davam etdirir. Dövlət Rus Dram Teatrında, Dövlət Gənc Tamaşaçılar Teatrında, Dövlət Akademik Milli Teatrında tamaşalar oynayır, bir-birindən maraqlı layihələrə imza atır və yeni-yeni premyeralarla tamaşaçılarını sevindirir.

Teatr kollektivi vaxtilə bu səhnədə böyük uğur qazanmış retro tamaşaların təzədən səhnəyə gətirilməsi üçün də uğurlu addımlar atır. Belə tamaşalardan biri də tanınmış bəstəkar Emin Sabitoğlunun «On min dollarlıq kef» (libretto müəllifi C.Məmmədov) iki hissəli musiqili komediyasıdır.

Emin Sabitoğlunun bu operettası ilk dəfə 1998-ci ildə rejissor Ədalət Ziyadxanovun quruluşunda təqdim olunub.

Mayın 21-də premyerası olacaq bu dəfəki quruluşun müəllifi isə rejissor Əhəd Hacıyevdir.

Xəbərdə vurğulanır ki, rejissor Əhəd Hacıyev yeni tamaşaya bir qədər fərqli nüanslar, daha müasir təqdimat forması tapmağa cəhd göstərib, onu müasir tamaşaçının tələblərinə cavab verən səviyyədə hazırlamağa çalışıb.

«www.ferzeli-kef.com» adı ilə təqdim olunan tamaşanın dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Nabat Səmədovadır. Baş rolları xalq artistləri İlham Namiq KamalFatma Mahmudova ifa edir.

Əsas rollarda Çingiz Əhmədov, Novruz Qartal, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Gülnarə Əzizova, Elməddin Dadaşov, Fərid Rzayev çıxış edirlər.

İlk tamaşa mayın 21-də Dövlət Gənc Tamaşaçılar Teatrının binasında oynanılacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG