Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:47

Suriyanın hökumət qoşunları Rastan şəhərini atəşə tutub


Suriyanın hökumət qoşunları cümə axşamına keçən gecə müxalifətin əsas dayaq məntəqələrindən biri olan Rastan şəhərini atəşə tutublar.

Suriyalı hüquq müdafiəçilərinin məlumatına görə, təxminən 10 dəqiqə ərzində şəhərə 30-a yaxın artileriya mərmisi buraxılıb.

Hüquq müdafiəçiləri beynəlxalq müşahidəçilərin şəhərə getməsini tələb edirlər.

Aprelin 12-dən ölkədə atəşkəs elan edilsə də toqquşmalar davam edir.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi aksiyalar keçirilir.
XS
SM
MD
LG