Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:39

Sentyabrdan izdivac verilişlərinin yayımı dayandırılır


Sentyabrdan Azərbaycan telekanallarında yayımlanan izdivac verilişlərinin yayımı dayandırılacaq.

Bu barədə APA-ya Milli televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.

Onun sözlərinə görə, yeni mövsümdən izdivac verilişlərinin sona çatacağı ilə bağlı telekanallarla razılığa gəlinib: «Sentyabr ayından bu verilişlər dayandırılacaq. Doğrudan da izdivac verilişləri cəmiyyət üçün yararlı verilişlər deyil. Bu, əksəriyyətin fikridir. Azərbaycan xalqı ailə məsələsinə həddən artıq ciddi yanaşır. Amma indi bu məsələni elə adiləşdiriblər ki, hətta o insanları verilişlərə ataları, anaları gətirir. Bu, bizim üçün qəbul edilən deyil. Bu cür ailələr ancaq əyləncə xarakteri daşıyır, uzunmüddətli ola bilməz. 18-19 yaşlı uşaqlar bura çıxırsa, bu, heç qəbul edilməzdir. Ailə qurmaq normal şeydir, amma bunun üçün televiziyanın imkanlarından istifadə etmək lazım deyil. Həm ANS, həm də ATV kanalının rəhbərliyi mənə bildiriblər ki, onlar da əhalinin narahatlığını başa düşürlər və bunu nəzərə alacaqlar».
XS
SM
MD
LG