Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:49
-


Dövlət Arxivinin Bakı filialının direktoru həbs edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə məlumat veriblər.

Prokurorluq iddia edir ki, Dövlət Arxivinin Bakı filialının direktoru Şahsuvar Şükürovun paytaxtın Xəzər rayonu ərazisində yaşayış evlərinin tikilməsi üçün torpaq sahələrinin ayrılması haqqında sərəncamın təsdiq olunmuş surətinin verilməsinə görə Bakı sakinindən 1.000 manat pul tələb etməsi barədə şikayət alıb: “Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ş.Şükürov 2012-ci il mayın 15-də arxivin Bakı şəhəri, Z.Bünyadov küçəsi 3 saylı ünvanda yerləşən inzibati binasındakı xidməti otağında 800 manat pulu vətəndaşdan rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Həmin pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib.

Ş.Şükürovun xidməti otağına keçirilmiş baxış zamanı vətəndaşın təqdim etdiyi sorğu və bununla bağlı hazırlanmış sənədlər aşkar edilərək götürülüb.”

Prokurorluq bu hadisə ilə bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Dövlət Arxivinin direktoru həbs edilib.

Bunlar Baş Prokurorluğun verdiyi rəsmi ittihamdır. Hələlik Şahsuvar Şükürovun vəkili, ya da ailə üzvlərinin bu ittihamla bağlı hər hansı reaksiyası məlum deyil.
İttiham sübuta yetirilsə, Şahsuvar Şükürov üç ilədək müddətə müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Şərhləri göstər

XS
SM
MD
LG