Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:04

«Mədəniyyət abidələrimiz» adlı foto müsabiqəsi başladı


Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan xalqının zəngin mədəni irsinin qorunub saxlanılması, mədəniyyət abidələrinin təbliği, gənclərin foto sənətinə marağının artırılması məqsədilə «Mədəniyyət abidələrimiz» adlı respublika foto müsabiqəsi keçirir.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytı yayıb.

Müsabiqədə 16 yaşından yuxarı həvəskar və peşəkar fotoqraflar iştirak edə bilərlər.

Fotolar 25 may 2012-ci il tarixinədək elektron poçt vasitəsilə (mctphotocollect@gmail.com) ünvanına göndərilməlidir.

Müsabiqəyə təqdim ediləcək fotoşəkillər rəngli və ya ağ-qara ola bilər. Hər bir müəllif müsabiqəyə maksimum 10 (on) ədəd foto təqdim edə bilər.

Müsabiqəyə fotolar yalnız elektron formatda qəbul olunur və hər bir fotonun uzun tərəfi 1200 piksel olmalıdır. İşlər JPEG formatda, hər faylın çəkisi 1MB-dan artıq olmamaq şərtilə təqdim edilməlidir.

Mobil telefonlarla çəkilmiş fotolar qəbul olunmur.

Fotoları təqdim edən şəxs fotonun adını və ya sıra sayını (faylın adında) qeyd etməklə yanaşı əlavə Word faylda özü haqqında məlumatları (ad, soyad, təvəllüd, telefon, elektron poçt ünvanı) verməlidir.

Müsabiqəyə fotolarını təqdim etməklə hər bir iştirakçı fotoların ona məxsus olmasını və müəllifliyini təsdiqləyir.

Fotoların başqa müəllifə məxsus olması müəyyən olunarsa, iştirakçı müsabiqədən dərhal kənarlaşdırılır.

Müsabiqənin yekun turu və qaliblərin əsərlərindən ibarət sərgi 2012-ci il iyun ayının 5-dən 9-dək Bakı şəhərində keçiriləcək.

Yekun sərgidə qaliblər elan olunacaq və onlar Mədəniyyət və Turizm Nazirliyinin diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Sərgidə nümayiş etdirilən əsərlərin kataloqunun nəşr olunması da nəzərdə tutulur.
XS
SM
MD
LG