Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:25

Bosniyada soyqırımda günahlandırılan generalın məhkəməsi davam edir



Mayın 17-də Niderlandın Haaqa şəhərindəki beynəlxalq məhkəmədə Bosniya serblərinin keçmiş hərbi komandiri Ratko Mladicin məhkəməsinin ikinci iclası keçirilib.

Mayın 16-da açılış günündə prokuror Mladici “Böyük Serbiya” planının tərkib hissəsi olaraq Bosniya-Herseqovina müsəlmanlarının və digər qeyri-serblərin öldürülməsi və sürgünü ilə bağlı kriminal kampaniyada aparıcı roluna görə ittiham edib.

Prokurorun bildirdiyinə görə, 1992-1995-ci illərdə Bosniya müharibəsinə dair əsaslı sübutları var.

70 yaşlı Mladic 15 maddə ilə günahlandırırlır, bura 1995-ci ildə Srebrenitsada 8 min müsəlmanın qətliamı da daxildir. O, bu cinayəti rədd edir. Əgər təqsiri sübuta yetirilərsə, Mladici ömürlük həbs gözləyir.

Bosniya konflikti 100 minlərlə insanın ölümünə səbəb olub.
XS
SM
MD
LG