Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:36

İctimai Palatanın Mətbuat Mərkəzi fəaliyyətə başladı


Arxiv foto
Arxiv foto
Mayın 17-də İctimai Palatanın (İP) Mətbuat Mərkəzi fəaliyyətə başladı. Mətbuat Mərkəzi Müsavat partiyasının qərargahında yerləşir.

«Mətbuat Mərkəzi «Eurovision -2012» Mahnı Müsabiqəsi zamanı Azərbaycana gələn xarici jurnalistlər üçün alternativ informasiya mənbəyi olacaq». Bunu mərkəzin koordinatorlarından Leyla Mustafayeva bildirdi. Onun sözlərinə görə, İctimai Palatanın Koordinasiya Şurasının qərarı ilə yaradılan Mərkəz kompüter və internet xidməti ilə təchiz olunub:

«Müraciət edən jurnalistlərlə işləmək üçün müxalifət və bitərəflərdən ibarət komanda yaradılıb».

Mərkəzin digər koordinatoru Razi Nurullayev isə bildirdi ki, «Eurovision -2012»ni işıqlandırmaq üçün Azərbaycana gələn xarici jurnalistlərin çoxu müxalifət liderlərindən müsahibə götürmək üçün müraciət edirlər: «Biz bu tələbi ödəmək üçün mərkəzləşdirilmiş şəkildə fəaliyyət göstərəcəyik. Bir də ölkə barədə həqiqətləri əks etdirən məlumatlar bir mərkəzdən yayılacaq. Azərbaycanla bağlı alternativ fikir eşitmək istəyən xarici jurnalistlər bu mərkəzin fəaliyyətindən istifadə edə biləcək».

İP «Eurovision» yarışması yekunlaşana kimi ictimai-siyasi məzmunlu mətbuat konfransları keçirəcək.

Leyla Mustafayeva bildirdi ki, Mərkəzdə ilk mətbuat konfransı İctimai Palatanın 14 may aksiyasında polislər tərəfindən qadınlara qarşı baş verən zorakılıqla bağlıdır.

Bu haqda isə AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat verdi. Onun sözlərinə görə, zorakılıqla bağlı faktları toplayıb məhkəməyə müraciət edəcəyik: «10-dan çox qadın zorakılığa məruz qalıb. Biz hər biri üçün 10 min avro təzminat tələb edəcəyik».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG