Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:38

Ali məktəblərə ərizə qəbulu başa çatdı


Azərbaycanda ali məktəblərə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, 106.130 abituriyent «Elektron ərizə» doldurub.

Onlardan 101 500-ə yaxını «Elektron ərizə»lərini müvafiq Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirib.

«Elektron ərizə»lərin təsdiqlənməsi üçün son müddət sabah – 18 may saat 17.00-da başa çatacaq.
XS
SM
MD
LG