Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:31

Türkiyəli təmsilçi qalib gəlsə Azərbaycan bayrağını qaldıracaq


Foto arxiv
Foto arxiv
"Eurovision 2012" mahnı müsabiqəsində Türkiyəni təmsil edən Can Bonomo qalib gələcəyi halda Azərbaycan bayrağını qaldıracağını deyib.

ANS PRESS-in məlumatına görə, o bunu çərşənbə günü keçirdiyi mətbuat konfransında deyib.

Can Bonomo qeyd edib ki, "Eurovision 2011"in qalibi Nigarın jestinə cavab olaraq qalib olacağı təqdirdə, səhnədə Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayrağını da qaldıracaq.

Onunla birlikdə Bakıya gələn Türkiyənin nümayəndə heyəti isə ad günü münasibətilə müğənnidən xəbərsiz bu axşam Türkiyə səfirliyində ona ziyafət təşkil ediblər.
XS
SM
MD
LG