Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:39

Mirvarid Dilbazinin 100 illik yubileyi keçiriləcək


Azərbaycan prezidenti İlham Aliyev

Azərbaycan prezidenti İlham Aliyev

Azərbaycan prezidenti İlham Əliyev şairə Mirvarid Dilbazinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Avqustun 19-da müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 100 ili tamam olur.

Prezidentin sərəncamıyla Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla Mirvarid Dilbazinin 100 illik yubileyilə bağlı tədbirlər planı hazırlamaq tapşırılıb.

Mirvarid Dilbazi 1912-ci il avqustun 19-da Qazax rayonunun Xanlıqlar (indiki Musaköy) kəndində anadan olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG