Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:10

Bakıda 4 ulduzlu hotelin açılışı olub


Baku
Baku
Mayın 16-da Bakıda 4 ulduzlu “ Qafqaz Baku City hotel & Rezidences” hotelinin açılışı olub.

Açılışda çıxış edən “Gilan Holding”in prezidenti Cəmil Muradov bildirib ki, hoteldə turistlər üçün mühüm xidmətlər təklif edilir.

Bakının Tbilisi prospektində yerləşən hotel yeni dizaynda hazırlanıb.

Hoteldə 242 nömrə və bir neçə otaqlı 75 xüsusi nömrə, restoranlar, barlar, sağlamlıq mərkəzləri və konfrans zalları var.

Hotelin rəhbəri Peters Sulzinbaher tədbirdə bildirib ki, hotel hələlik layihənin birinci mərhələsidir.

İkinci mərhələdə hoteldə 500 nəfərlik konfrans zalı və daha böyük sağlamlıq mərkəzinin açılışı nəzərdə tutulub.

Hotelin fəaliyyətə başlaması ilə 120 yeni iş yeri açılıb.
XS
SM
MD
LG