Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:53

Alman deputat efirdə [Video]


Alman deputat efirdə
Gözlə
Embed

No media source currently available

0:00 0:22:15 0:00
Direct-ə keçid

Almaniya Yaşıllar Partiyasının üzvü Volker Beck «İşdən Sonra» proqramında canlı efirdə suallara cavab verir.

- Siz niyə məhz Azərbaycanda insan haqları ilə bağlı problemləri qaldırırsınız?

- Mən insan hüquqlarının problem olduğu bir çox ölkələrə səfərlər edirəm, çıxışlar edirəm. İnsan hüquqları ilə bağlı hər hansı bir problem varsa, mən öz hökumətimi də tənqid edirəm. Bu gün bütün dünyanın nəzərləri Azərbaycana yönəlib. «Eurovision» musiqi festivalı burda keçirilir. Mən istəyərdim ki, belə bir hadisənin baş verdiyi ölkədə hakimiyyət bu hadisəni insan hüquqlarına qarşı istifadə etməsin, insan hüquqları problem olmasın. Jurnalistlər, bloqqerlər, siyasi fikrini deyən insanlar siyasi məhbus kimi həbs olunmasınlar. Biz də susaq və sadəcə səslənən musiqiyə qulaq asaq.

- Yəqin, Sizə irad bildirən insanların başqa ölkələrdəki çıxışlarınızdan xəbəri yoxdur. Yəqin Rusiyada başınıza gələnlərdən xəbərləri yoxdur. Mən istəyərdim ki, bu barədə dinləyiciləri məlumatlandırasınız.

- Mən seksual azlıqların dəvəti ilə Rusiyaya onların nümayişinə getmişdim. Onlar bilirdilər ki, mən Polşada belə bir tədbirə qatılmışam və həmin tədbir normal keçirilmişdi. Lakin mən nəinki orda onları müdafiə edə bilmədim, özüm zorakılığa məruz qaldım. Mən yaralansam da, polis saxladı və 3 saat polis şöbəsində qaldım. Mənə neofaşistlər hücum etmişdi.

- Sizin fikrinizcə, Azərbaycanda əsas insan haqları problemi nədən ibarətdir?

- Birinci problem fikir azadlığı ilə bağlı problemdir. İnsanlar azad şəkildə öz fikirlərini bildirə bilmirlər. Necə ki, jurnalistlər hökumətə qarşı öz fikirlərini açıq şəkildə bildirə bilmirlər, eləcə də sadə insanlar hətta sosial şəbəkələrdə bunu edə bilmirlər. Kim hökumətlə bağlı çatışmazlıqları, prezidentin iqtisadi fəaliyyətini, yaxud onun hər hansı addımını tənqid edirsə, öz həyatını riskə atmış olur. Düşüncə azadlığı sərbəst toplaşma azadlığı kimi bir məsələdir. İnsanlar küçədə toplaşıb azad şəkildə öz fikirlərini bildirmək istəyirlərsə, onların da təzyiqə məruz qalmaq təhlükəsi var. Bu kimi ölkələrdə problem ondan ibarətdir ki, hər hansı bir təzyiqə məruz qalmış insan ədalətin bərpası üçün məhkəməyə müraciət edə bilmir. Onlar əmin deyillər ki, bu hüquq təmin olunacaq.

- Azərbaycanlı hüquq müdafiəçiləri bu situasiyada Qərbdən uzun müddət susqunluq gördüklərini deyirdilər. Deyirdilər ki, Qərb demokratiya ilə bağlı məsələləri enerji maraqlarına satıb.

- Mən Azərbaycanla iqtisadi əlaqələrimizin başqa bucaq altında baxılmasını istəməyən siyasətçilərdənəm. İqtisadi əlaqələrə insan hüquqları ilə vəhdət təşkil edilərək baxılmalıdır, ondan ayıraraq yox. Biz Qərb olaraq bəyan edirik ki, Avropaya gedən iqtisadi yollar açıqdır, lakin bu yolları insan hüquqlarını təmin edərək keçmək olar.

- Amma Siz hökuməti tənqid etsəniz, o, sizinlə əməkdaşlıq etməkdən imtina edər.

- Mən belə düşünmürəm. Mənə elə gəlir ki, Azərbaycanın enerjisi olduqca, onu satmalıdır. Ona görə də, Azərbaycan və Avropa bir birlərinə ehtiyac duyan partnyordurlar...

- Amma Azərbaycan hakimiyyətinin mesajı budur ki, artıq biz Avropaya lazımıq, Avropa bizə yox. Siz bu mesajı duyursunuzmu?

- Xeyr, məndə belə bir hiss oyanmadı. Bu gün biz parlamentdə görüşdük. Parlamentarilər Almaniya-Azərbaycan arası parlamentlərarası qrupda da bildirdilər ki, Azərbaycan Almaniya ilə əməkdaşlığı istəyir və bu əməkdaşlıq inkişaf etdirilməlidir.

- Siz hökumət rəsmilərinin çıxışlarından, hakim partiyadan olan qəzetlərin, kanalların Almaniya barədə reportajlarından xəbərdarsınız?

- Bəli, mən bu məlumatları oxumuşam və orda bildirilir ki, Azərbaycana qarşı hansısa kampaniya keçirilir. Düzdür, belə bir kampaniya aparılır, lakin bu «Eurovision»a aid xəbərlərlə bağlıdır. Eyni zamanda, Azərbaycanda insan hüquqlarının vəziyyəti, yaxud hakimiyyət forması haqda məlumatlar gedib.

- Almaniya bir daha «Eurovision»a ev sahibliyi etmək istəyərmi?

- Avropa Yayım Birliyi bir ölkəni bu prosesdən xaric edə bilmirsə, bu müsabiqənin keçirilməsi ilə bağlı qaydaları dəyişdirməlidir. Mümkün deyil ki, AYB-nin təşkil etdiyi mahnı müsabiqəsinin keçirildiyi ərazidə insanlar evlərini itirsinlər, insan haqları pozulsun.

- Niyə AYB bütün bunlara dözür? Avropanın başqa bir ölkəsində bu müsabiqədə birinci ledinin iştirakı, prezidentin kürəkənin iştirakı mümkün olardımı?

- Belə halda yəqin ki, ən yaxşı namizəd Belarus ola bilərdi. Amma deyirlər ki, onların mahnısı kifayət qədər yaxşı deyil. Ona görə də, bu təhlükə hələ ki, yoxdur. Amma belə görünür ki, Belarus belə bir müsabiqənin keçirilməsi üçün ən yaxşı namizəddir.

Müzakirəni tam olaraq buradan dinlə:




Mövzu ilə əlaqədar oxu
Almaniyalı deputat İlham Əliyevi «avtokratik rejimin rəhbəri» adlandırdı
XS
SM
MD
LG