Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:24

Naxçıvanda ÜDM-in həcmi 11.8 faiz artıb


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Sayı: 57 (20.462) 30 mart 2012


ORDUBAD RAYONUNDA YAZ ƏKİNLƏRİNƏ BAŞLANILIB

Ordubad rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, payızda əkilmiş taxıl sahələrinin yaz suvarılmasına və yaz əkinlərinə başlanılıb. Əkiləcək sahələr payızda şumlandığından yazlıq əkinlərin optimal müddətdə başa çatdırılmasına çalışan torpaq mülkiyyətçiləri bu günədək 231 hektar sahədə əkin keçiriblər. Bunun 5 hektarını taxıl, 77 hektarını dənli – paxlalılar, 27 hektarını tərəvəz, 6 hektarını soğan, 1 hektarını illik ot təşkil edir. Rayonun iqtisadiyyatında gəlirli sahələrdən birinə çevrilmiş kartofçuluğa da maraq günü – gündən artır. 2011-ci ildə 571 hektar sahədən 8358.2 ton məhsul tədarük edən torpaq mülkiyyətçiləri qazanılam göstəricini son hədd saymırlar.

Qeyd edək ki, rayonun Dəstə, Vənənd, Düylün, Azadkənd, Sabirkənd yaşayış məntəqələri əkin kampaniyasında irəlidə gedir.

BU İLİN İLK İKİ AYINDA ÜDM-İN VƏ XARİCİ TİCARƏT DÖVRİYYƏSİNİN HƏCMİ ARTIB

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, 2012-ci ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında 249 milyon manatlıq Ümumi Daxili Məhsul istehsal olunub. Bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 11.8 faiz çoxdur. Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi isə 2011-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 12.8 faiz artaraq 593.3 manata (754.5 ABŞ dollarına) çatıb.

Komitədən onu da bildiriblər ki, 2012-ci ilin yanvar-fevral aylarında muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən xarici dövlətlərlə aparılan ticarət əməliyyatları nəticəsində 39 milyon ABŞ dollarına yaxın həcmdə xarici ticarət dövriyyəsi yaranıb. İxracın həcmi son bir il ərzində 4.2 faiz artaraq 32 milyon ABŞ dollarını ötüb və xarici ticarət üzrə 25 milyon ABŞ dollarından artıq həcmdə müsbət saldo yaranıb.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Müsahibə mərhələsinə aprel ayında start veriləcək
- Tarixi ədalət yerini tapacaqdır
- Qaliblər respublika turuna vəsiqə qazanıblar
- Şeir müsabiqəsi başa çatıb

Şərhləri göstər

XS
SM
MD
LG