Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:59

Ziyalılar Forumu ilə İctimai Palata siyasi məhbuslara azadlıq tələb edir


“Eurovision 2012” mahnı müsabiqəsi başlayanadək Azərbaycandakı bütün vicdan və siyasi məhbuslar azadlığa buraxılmalıdır."

Ziyalılar Forumu və İctimai Palatanın birgə yaydıqları bugünkü bəyanatda belə deyilir.
Sənəddə qeyd ollunur ki, hazırda BMT və Avropa Şurasında ekspert kimi tanınmış hüquq müdafiə təşkilatlarının siyasi və vicdan məhbusu adlandırdıqları onlarla Azərbaycan vətəndaşı həbsxanalarda əziyyət çəkir.

“Yaxın günlərdə Azərbaycanda beynəlxalq əhəmiyyətli mədəniyyət tədbiri – “Eurovision” mahnı müsabiqəsi keçiriləcək.
Buna görə Azərbaycanda çağdaş siyasi mədəniyyət dəyərləri ilə bir araya sığmayan siyasi məhbus probleminə diqqəti cəlb edirik.
Ziyalılar Forumu və İctimai Palata sivilizasiyalı cəmiyyətlər üçün dözülməz olan vicdan və siyasi məhbuslar probleminin birdəfəlik həllini zəruri sayır.”-deyə bəyanatda bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG