Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:25

Bakıda Azərbaycan-Serbiya biznes forumu keçirilib


Mayın 16-da Bakıda Azərbaycan-Serbiya biznes forumu keçirilib.

APA-nın məlumatına görə, tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maşınqayırma, metal emalı, telekommunikasiya, mebel, turizm, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Forumda çıxış edən Azpromo-nun prezidenti Adil Məmmədov son vaxtlar Azərbaycana xarici investorların marağının artığını deyib.

Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç isə bu cür görüşlərin iki ölkə arasındakı iqtisadi əməkdaşlıq və əlaqələrin daha da inkişafına təkan verəcəyini bildirib.

Biznes forumu çərçivəsində həmçinin iki ölkənin iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

Form İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə keçirilib.
XS
SM
MD
LG