Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:03

Charles Taylor prokurorların ələ alındığını deyir


Keçmiş Liberiya prezidenti Charles Taylor Haaqa məhkəməsində prokurorları ələ alınma və şahidləri qorxutmaqda günahlandırıb.

Onun çərşənbə günü məhkəmədə çıxışı olub.

Məhkəmə bu ilin aprelində 64 yaşlı Tayloru 1991-2002-ci illərdə Serra-Leonda getmiş vətəndaş müharibəsində əli olmaqda təqsirli bilib.

Keçmiş prezident əsasən hərbi cinayətlər törətmiş yaraqlıları dəstəklməkdə ittiham olunur.

Amma o bütün ittihamları rədd edir.

Prokurorlar ona 80 il həbs cəzası istəyir.

Vəkillər isə bunu əsassız sayır.

Mayın 30-da hökm oxunacağı gözlənilir.
XS
SM
MD
LG