Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:35

Kann Film Festivalı başlayır


Dünyanın ən nüfuzlu kino festivallarından biri olan Cannes Film Festivalı başlayır.

Festival mayın 16-da axşam Wes Andersonun «Moonrise Kingdom» adlı filmi ilə açılacaq, mayın 27-də Claude Miller-ın «Therese Desqueyroux» adlı film ilə sona çatacaq.

Bu il yubiley yaşını-65 yaşını qeyd edən festivalda 30-a yaxın ölkədən 91 film göstəriləcək.

Festivalın bu ilki loqosu Hollywood-un əfsanəvi sarışını Marilyn Monroe-nun ağ-qara fotosu olacaq.

Jüriyə italyan Nanni Moretti rəhbərlik edir.

Jürinin digər üzvləri bunlardır: məşhur modaçı Jean-Paul Gaultier,
Fələstinli aktyor və rejissor Hiam Abbass, İngilis rejissoru Andrea Arnold, Fransız aktyor Emmanuelle Devos, Alman aktyor Diane Kruger, İngilis aktyor Ewan Mc Gregor, ABŞ-lı prodüser Alexander Payne və Haitili rejissor və prodüser Raoul Peck.

12 günlük festivalı dünyanın dörd bir yanından gələn 4 min 600 jurnalist işıqlandıracaq.

Festivalda quraşdırılan 13 min kvadratmetrlik kino bazarına 100-dən çox ölkədən gələn 10 min adamın qatılacağı gözlənilir.

Festivalda 600 stend qurulacaq. Bu stendlərdə dünyanın hər yanından gətirilən filmlər tanıdılacaq.
Diane Kruger
Diane Kruger
Bu il festivala 20 milyon Avro ayrıldığı xəbər verilir. Bu məbləğin yarısını Fransa Mədəniyyət Nazirliyi, qalan yarısını isə Cannes Şəhər Şurası verib.

Bu il də «Qırmızı xalı»dan ulduzların keçəcəyi gözlənilir.

Onların arasında Nicole Kidman, Brad Pitt, Bruce Willis var.

Tanınmış rejissor və aktyor Sean Penn Haitiyə etdiyi yardımlarla bağlı təşkil olunacaq özəl gecəyə qatılmaq üçüт Cannes-ə gələcək.

«Klassiklər» bölümündə «Bir Zamanlar Amerikada» və «Tess» filmləri təkrar göstəriləcəyi üçün Robert De Niro, Roman Polanski ve Nastassja Kinski kimi ulduzların da festivalda olacağı bildirilir.

Hətta əfsanəvi Jane Fonda-nın festivala rəng qatacağı söylənilir.

Xatırladaq ki, Cannes festivalı ilk dəfə 1946-cı ildə baş tutub.

1968-ci ildə siyasi qarışıqlıq səbəbindən keçirilməyib.

Odur ki, builki festival sayca 65-cidir.

Beləliklə, festivalda «Qızıl Palma» üçün yarışacaq 4 min 300 film arasından seçilən filmləri tanıtmağın vaxtı çatdı:

Jacques Audiard «De Rouille et D'os», Leos Carax «Holy Motors», David Cronenberg «Cosmopolis», Lee Daniels «The Paperboy», Andrew DOminik «Killing them softly», Matteo Garrone «Realty», Michael Haneke «Love», John Hillcoat «Lawless», Hong Sangsoo «In another country», Im Sangsoo «Taste of Money», Abba Kiarostami «Like someone in Love», Ken Loch «The angels share», Sergei Loznitsa «In the fog», Christian Mungiu «Beyond the Hills», Yousry Nasrallah «Baad el Mawkeaa», Jeff Nichols «Mud», Alain Resnais «Vous n'avez encore rien vu», Carlos Reygadas «Post Tenebras Lux», Walter Salles «On the Road», Ulrich Seidl «Paradise: Love», Thomas Vinterberg «The Hunt».

«Moonrise Kingdom» filminin treyleri

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG