Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:59

Qızıl yatağı ilə bağlı Azərbaycan hakimiyyətindən razılıq alınıb


«Anglo Asian Mining» mədən şirkəti bildirib ki, «Qoşa» yatağında işlərə başlamaq üçün Azərbaycan hakimiyyətindən razılıq alıb. Şirkət bu yataqdan ildə 10-15 min unsiya qızıl hasil etməyi planlaşdırır.

Şirkət bildirir ki, onlardan 2012-ci il aprelin 25-dən bir il ərzində «Qoşa»da hasilata başlamaq tələb olunur. Ancaq şirkət hökumətdən xahiş edib ki, qonşu Gədəbəy yatağında qələviləşdirmə zavodunu tikmək planları ilə bağlı bu müddəti 2013-cü ilin birinci yarısına qədər uzatsınlar.

Şirkətin rəhbəri Reza Vaziri deyib ki, «Qoşa yatağında işləməyə razılıq almağımız Azərbaycanda çoxlu qızıl mədəni işlədən bir şirkət yaratmaq strategiyamızın həyata keçirilməsində növbəti addımdır».

2011-ci ildə şirkətin qızıl hasilatı 2010-cu illə müqayisədə 15 faiz azalıb. Şirkət Azərbaycanın qərbində 7 yataq işlətməyi planlaşdırır. Onların da ümumi qızıl ehtiyatı 430 ton təşkil edir. Bu şirkət 2015-ci ilə qədər Azərbaycanda qızıl hasilatını ildə 300 min unsiyaya qədər çatdırmağı planlaşdırır.

«Anglo Asian Mining» şirkətinin fəaliyyətinə nəzarəti «R.V. Investment Group Services» həyata keçirir. Azərbaycan hökumətinin şirkətdə 49 faiz payı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG