Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:36

Müsavatın Gürcüstan qurultayı, yoxsulluq həddi azalmaqda olan Azərbaycan...


Azerbaijan - press-review - 11Jul2011

Azerbaijan - press-review - 11Jul2011

AZƏRBAYCAN - DÜNYANIN İNKİŞAF ETMİŞ PARÇASI...

«Yeni Azərbaycan» qəzeti yazır ki, «Eurovision 2012» yarışmasına gələnlər anti-Azərbaycan yazıların uydurulduğunun şahidi olacaqlar. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov qəzetə belə deyib. Onun fikrincə, müsabiqə təhlükəsiz, beynəlxalq standartlara cavab verən formada keçiriləndən sonra Azərbaycan artıq rahatlıqla özünü dünyanın inkişaf etmiş bir parçası kimi tanıdacaq.

MÜSAVATIN VIII-Cİ QURULTAYI GÜRCÜSTANDA KEÇİRİLƏCƏK

«Yeni Müsavat» qəzeti yazır ki, Müsavat partiyası 8-ci qurultayını Gürcüstanda keçirəcək. Müsavat başqanının müavini Tofiq Yaqublu bunu Bakı Şəhər İcra Hakimiyyətinin partiyaya qurultay keçirmək üçün münasib yer ayırmaması ilə əlaqələndirib: «Əvvəlcədən də nəzərdə tutulubmuş ki, BŞİH münasib yer ayırmasa qurultay ya Türkiyədə ya da Gürcüstanda keçiriləcək. Yer artıq verilməyib və Gürcüstan variantı daha optimaldır».

ELNUR MƏCİDLİNİN HƏBSDƏN BURAXILMASI DA SİYASİ SİFARİŞDİR

«Azadlıq» qəzeti AXCP gənclər Komitəsinin üzvü Elnur Məcidlinin həbsdən azad olunmasından yazıb. Yazıda 13 aylıq məhbus həyatından sonra azadlığa çıxan Elnur Məcidli həbsdən buraxılmasını da siyasi sifariş adlandırıb və deyib ki, o həmin Elnurdur, heç nə dəyişməyib və yolundan dönməyəcək.

AZƏRBAYCANDA YOXSULLUQ HƏDDİ AŞAĞI DÜŞMƏKDƏ DAVAM EDİR

«Azərbaycan» qəzeti Avropa Komissiyasının mayın 15-də açıqladığı Azərbaycan üzrə inkişaf haqqında illik hesabatından yazır. Qəzetin bildirdiyinə görə, sənəddə vurğulanır ki, 2011-ci il ərzində Azərbaycanın inkişafı davam edib. Ölkənin makroiqtisadi sabitliyi qorunub saxlanılmış, yoxsulluq həddi aşağı düşməkdə davam edir, iqtisadiyyat şaxələndirilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG