Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:28

BMT müşahidəçiləri Suriyada hücuma məruz qaldı


Suriyanın İdlib şəhərində BMT müşahidəçiləri hücuma məruz qalıb. Müşahidəçilərin iki avtomaşını güclü zədələnib.

Hadisə nəticəsində heyətə rəhbərlik edən bir suriyalı müxalifətçi ölüb, iki nəfər ağır yaralanıb.

Suriya Hüquq Müdafiə Təşkilatının məlumatına görə, hökumət qoşunlarının Suriyanın müxtəlif bölgələrində keçirdiyi əməliyyat nəticəsində 36 nəfər ölüb.

Bu arada Burhan Galyun Romada keçirilən toplantıda yenidən müxaliflərin rəhbəri seçilib.
XS
SM
MD
LG