Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:23

«Eurovision» vaxtı metro 24 saat işləyəcək


«Eurovision-2012» mahnı müsabiqəsinin yarımfinal və finalının keçirildiyi günlərdə Bakı Metropoliteni bütün sutka işləyəcək.

Bu barədə Trend-ə Metropoliten rəisinin köməkçisi Məmməd Bayramov bildirib.

Onun sözlərinə görə, həmin günlərdə Metropolitenin iş qrafiki artıq təsdiqlənib və Bakı Metropoliteni paytaxt sakinlərinin və qonaqların gecə-gündüz daşınmasını təmin etməyə hazırdır.

«Müsabiqənin yarımfinal və final günlərində iş qrafiki artıq təsdiqlənib. Müvafiq olaraq mayın 22-si, 24-ü və 26-da paytaxt metrosu gecə-gündüz işləyəcək», - Bayramov qeyd edib.

Bakı Metropoliteninin 23 stansiyası var, xətlərinin uzunluğu 34,6 kilometrdir. Metropoliten hər il 200 milyon sərnişin daşıyır.

Günün bütün mövzuları

XS
SM
MD
LG