Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:26

Bir neçə rayonda qaz məhdudiyyətlərlə olacaq


Tikinti işləri ilə əlaqədar mayın 16-da saat 11:00-dan etibarən «Ağ şəhər» magistral qaz kəməri, «Zığ» və «Əhmədli» qazpaylayıcı stansiyaları, eləcə də «Alko» və «SOS uşaq evi» qaz ölçü qovşaqlarının təbii qaz təchizatı dayandırılacaq.

ARDNŞ-nin rəsmi saytının yaydığı məlumata görə, təmir işləri aparılan müddətdə Xətai rayonunun Əhmədli yaşayış massivinə, «Pivə zavodu», «Zeytunluq» adlanan yaşayış sahələrinə, «Oksigen», İ.İsmayılov, «Dəniz», M.Rüstəmov, M.Hadi, Sarayev, «Neapol», S.Mehmandarov, Q.Məmmədov küçələrinə, eyni zamanda, Suraxanı rayonunun Zığ qəsəbəsi və Yeni Günəşli yaşayış massivinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
XS
SM
MD
LG